Qoç – Gün maraqlı və xoş xəbərlərlə başlayacaq. Onların sayəsində bir sıra vacib məsələləri həll edə biləcəksiniz. Ümumilikdə götürəndə hadisələrin inkişafı qənaətbəxşdir, yalnız bir məqam narahat edir: tez hərəkət etmək lazım gəlir, tələsərək bəzi detalları nəzərdən qaçıra bilərsiniz. Öz üzərinizə məsuliyyət götürərək başqalarının hərəkətlərinə cavabdehlik daşımalı olacaqsınız.
Alış-verişə çıxa bilərsiniz, özünüzə parlaq rəngdə geyimlər almağa çalışın, tezliklə lazımınız olacaq. Bu gün satın aldığınız, yaxud sizə hədiyyə edilən xırda heykəlcik, yaxud oyuncaq isə həmayilinizə çevrilə bilər.
Buğa – Cəsur və riskli ideyanız həddən artıq uğurlu alınır. Sizə bir zamanlar fantastik görünən bir planı reallaşdıra bilərsiniz. Rəqibləriniz paxıllıqdan çatlayır, tərəfdaşlarınız isə həvəslə sizin liderliyiniz altında çalışırlar. Müvəffəqiyyət başınızı azacıq gicəlləndirsə də, bundan sonranı düşünməyi də unutmursunuz. Yeni, daha yüksək və layiqli məqsədlər təyin edirsiniz.
Özünüzü qalib hesab edirsiniz, bu isə qarşı cinsdə sizə qarşı olan marağı gücləndirir. Sizinlə tanış olmaq, hətta bütün ömrünü ömrünüzə calamaq istəyənlərin sayı getdikcə artır. Ancaq bu gün sağlam düşüncəniz sizi darda qoymur, odur ki, özünüzü düşünülməmiş hərəkətlərdən sığortalanmış hesab edə bilərsiniz.
Əkizlər – Mürəkkəb bir şərait yaranır: özünüzün iş maraqlarınızla dostlarınızın xahişləri arasında qalırsınız. Mənəvi tarazlığı qoruyub saxlamaq asan deyil – xahiş və istəklər çox, onları yerinə yetirmək çətin, yerinə yetirməmək isə ikiqat çətindir. Öz işlərinizi başqasına həvalə etmək istəyiniz yaxşı sonluqla bitməyəcək, çünki köməkçiləriniz azdır və heç olanlara da bel bağlamaq olmaz.
Bu gün yalnız sevdiyiniz şəxsin dəstəyinə etibar edə bilərsiniz. Öz yarlarını tapmayan Əkizlər bu gün ilk baxışdan, özü də tamamilə onların təbiətinə yad insanlara aşiq olurlar.
Xərçəng – Müsbət tendensiyaların təsiri bu gün çox güclüdür, amma onlardan istifadə etməyə tələsin. Çünki axşama doğru onlar tamamilə yoxa çıxa bilər. Bu günə istənilən xarakterli görüş təyin edə bilərsiniz. Ancaq bunların hamısına ciddi hazırlaşın. İti ağlınıza və improvizasiya etmək qabiliyyətinizə o qədər də güvənməyin, bu gün fikriniz «Bağdadda xurma dərir».
Hesablamalar və rəqəmlərlə bağlı işlər isə xüsusi diqqət tələb eir. Hər şeyi üç-dörd dəfə təkrar-təkrar yoxlayın. Xırdaca bir səhv sizə çox baha başa gələ bilər. Bahalı, gözlənilməz və bu səbəbdən də çox xoş hədiyyələr ala bilərsiniz.
Şir – Yeniliklərdən qorxmayan, eksperiment, kəşf etməyi xoşlayan Şirlər üçün əla gündür. Bu bürcün nümayəndələri işdə təqdirəlayiq cəsarət göstərir və karyerada irəliləmək üçün yaxşı zəmin hazırlayırlar. Təşkilati bacarıqlarınızı daha parlaq nüumayiş etdirməyə çalışın, göstərin ki, nəinki əla iş icraçısı, eyni zamanda gözəl rəhbərsiniz.
Şəxsi həyatınızda isə, əksinə, başqalarına təşəbbüs göstərməyə imkan yaradın. Bu gün, nəhayət, ətrafınızdakıların sizə necə münasibət bsələdiklərini ayırd edəcək və gələcək üçün planlarınızı dəqiqləşdirəcəksiniz.
Qız – Sözlərinizdə diqqətli olun. Nə qədər anlaşılmaz danışsanız, bir o qədər yaxşıdır. Birbaşa suallara konkret cavab verməkdən çəkinin. Bu gün ağzınızdan çıxan hər bir kəlmədən əleyhinizə istifadə edə bilərlər. Hətta tam etibarlı hesab etdiyiniz insanla da söhbət edərkən ehtiyatı əldən verməyin, sirlərinizi açmayın.
Doğmalarınıza qayğı və hörmətlə yanaşın, onların səbrini tükətməyin. Kimisə tənqid etməyin. Bu gün çətin şəraitə düşən insanlar məhz sizin dəstəyinizə ehtiyac duyacaqlar.
Tərəzi – Hətta ən darıxdırıcı iş sizə maraqlı gəlir. Bir işə əl atan kimi də həmən sizə kömək etmək, hətta sizin yerinizə işləmək istəyənlərin sayı artır. İmtina etməyin. Amma bir məqamı da unutmayın: əlinizi işdən soyudub aralanan kimi, «köməkçiləriniz» də ardınızca gələcəklər. Rəhbər kimi tapşırıq verəndən sonra müşahidə və nəzarət etməyi də unutmayın!
Sizinlə yaxından tanış olmaq və tezliklə ailə qurmaq istəyənlərin sayı da kifayət qədər çoxdur. Amma tələsməyin, sizi maraqlandıra bilmiş insanın məqsədlərini özünüz üçün dəqiq təyin edin.
Əqrəb – Entuziazmınız aşıb-daşır, enerjiniz çoxdur, bir yerdə qərar tuta bilmirsiniz. Hansı işdən yapışırlar-yapışsınlar, Əqrəblər bu gün öz işgüzarlıqları ilə bədbinləşən insanlara ilham verirlər. Müxtəlif səbəblərdən əzab çəkənlər bu gün gəlib sizi tapırlar, sizin də onlara təskinlik verərək, inamlarını artırmaq üçün qüvvəniz yetir.
Öz enerjinizlə bölüşərək verdiyinizin qarşılığını ikiqat alırsınız. Həm özünüzlə, həm ətraf aləmlə tam ahəngdarlıq yaşayırsınız. Bu, həm müxtəlif həzzləri dadmağa, həm də yaradıcı potensialınızın artmasına rəvac verir.
Oxatan - Yoxlamalara, nüfuzlu şəxslər tərəfindən ciddi nəzarətə hazır olun. Bütün səhvlərinizi görəcək, ortaya çıxaracaqlar. Nailiyyətləriniz də diqqətdən kənarda qalmayacaq, ancaq onlara görə mükafatlarınızı xeyli gözləməli olacaqsınız. Vacib danışıqları təxirə salın, uzunmüddətli müqavilələr imzalamayın. Boynunuza heç cür yerinə yetitrə bilməyəcəyiniz öhdəliklər götürmək riskiniz var.
Çoxlu sayda məsləhət alırsınız, amma onlara əməl etmək elə də asan deyil. Mübahisələrdən qaçın, öz bildiyiniz kimi hərəkət etməyə çalışın, təcrübənizə güvənin.
Oğlaq – Xeyli müxtəlif xarakterli işlər ortaya çıxacaq. Hər bir işə özünüzü çatdırmalı olacaqsınız. Amma baş verənlər sizi yormaqdan daha çox, sevindirir. Özünüzün lazımlılığınızı hiss edirsiniz, bu səbəbdən yolunuza çıxan maneələr sizi qorxutmur. Başqalarının öhdəsindən gələ bilmədikləri yükün altına girir və hamının təəccübünə rəğmən, əla nailiyyətlər qazanırsınız.
Gün maraqlı, şən və dopdolu keçir. Deməli, gərginlik də çoxdur. Özünüzə azacıq istirahət verin, güc toplayın.
Dolça – Yaman diqqətsizsiniz. Bir neçə işlə eyni zamanda məşğul olmayın. Bir işi qoyub, o birinə diqqəti cəlb etmək çox çətin olacaq. Sizə dəqiq plan və etibarlı köməkçi gərəkdir - o zaman heç nə ideyalarınızın yerinə yetirilməsinə mane ola bilməz. Maliyyə vəziyyətinizin yaxşılaşması mümkündür, sərfəli sövdələr qura bilərsiniz.
Günün emosional fonu yaxşıdır, yeni tanışlarla asan dil tapırsınız. Əzizlərinizlə də münasibətləriniz əladır. Sevdiyiniz şəxslə açıq danışmağın tam zamanıdır – bir çox problemləri asanlıqla həll edə bilərsiniz.
Balıqlar - Sonralar bu günün hadisələrindən böyük məmnunluq və qürurla danışacaqsınız. Doğrudan da, indi ən mürəkkəb situasiyalarda özünüzü çox layiqli və ağıllı aparır, ətrafdakıların təqdirini və hörmətini qazanırsınız. Əlbəttə, qeyd-şərtsiz uğurlarınız bədxahlarınızı qıcıqlandıra bilər, amma narahat olmağa dəyməz: heç kimin düşmənçiliyi sizə zərər yetirməyəcək.
Həyatda yeni başlanğıclar, dəyişikliklər üçün əla gündür. Son aylarda addım-addım irəlilətdiyiniz vacib qərarı nəhayət açıqlaya bilərsiniz.
Milli.Az