Qoç - hər şey istədiyiniz kimi asanlıqla əldə
olunmur. Amma həddən ziyadə inadkar olmayın. Tərslik edərək uğursuzluğa
düçar olacaq işlərdən əl çəkməməklə uduza bilərsiniz. Vaxt və
qüvvələrinizi hədər yerə sərf etməyin. Sizi səhv addımlar və yanlış
qərarlardan çəkindirmək istəyən yaxınlarınızla sərt mübahisə etməyin.
Günün
ikinci yarısı şəxsi münasibətlər üçün sınaq dönəmidir. Hisslərinizi
müəyyənləşdirin. İrad və tənqidlərinizin sayını azaldın. Mühüm
məsələlərlə bağlı qərarı təxirə salın.
Buğa -
asan gün deyil. Problem çox, onların çözülməsində sizə yardım təklif
edənlərin sayı isə azdır. Sağlam məntiqlə davranaraq emosiyaların əsiri
olmasanız, situasiyada köklü dəyişikliklər edə bilərsiniz.
Ziddiyyətlərin formalaşdığı vəziyyətdə soyuqqanlı olun, düşünülməmiş
qərarlar verməyin.
Günün ikinci yarısında səliqə, detallara
diqqət tələb edən işlərlə məşğul ola bilərsiniz. Çoxdan bəri görmək
istədiyiniz adamla görüş istisna deyil.
Darıxmayın, hər şey yaxşı olacaq.
Əkizlər
- yaxın ətrafınızdakı insanlar çətin vəziyyətə düşdüyünüzü güman edərək
sizə sürəkli məsləhətlər və göstərişlər verirlər. Lakin mövcud
situasiya sizi qane edir. Başqalarının görə bilmədikləri və ya görmək
istəmədikləri üstünlükləri sezin, məqamlardan bəhrələnin. Müstəqil
çalışın, kollektiv fəaliyyətdən uzaq durun. Qərarınızı anlatmağa vaxt
sərf etməyin. Onsuz da, sizi anlamayacaqlar.
Alış-veriş üçün
əlverişli zamandır. Maliyyə məsələlərində diqqətli olun. İş yerini
dəyişmək istəyirsinizsə, bunu yaxın tanışlar və dostlarla müzakirə etmək
olar. Qəfil, amma çox maraqlı və cazibədar təkliflər ala bilərsiniz.
Xərçəng -
başqalarının yol verdikləri səhvlərin fəsadlarının aradan qaldırılması
xeyli vaxtınızı alacaq. Minnətdarlığa bel bağlamayın. Səylərinizi və
zəhmətinizi görməməyə çalışacaqlar. Buna rəğmən işləyin, effektiv
irəliləyişə nail olmağa çalışın. Özünüzü tərifləyə də bilərsiniz.
Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişlidir. Yolçuluq uzun sürsə də, yorulmayacaqsınız.
Axşam saatlarını aktiv keçirin. Televizoru və kompüteri bir günlük də olsa, unudun.
Şir
- problemlərin sayının artacağı gündür. Narahat olmayın. Çətinliklər
ciddi deyil və onları tezliklə həll etmək mümkündür. Bundan başqa, ən
cəsarətli və gəlir vəd edən planlarınızı həyata keçirməkdə sizə yardımçı
olacaq müttəfiq tapa bilərsiniz. Biznes-layihənin müzakirəsi üçün
münasib zamandır. Bunu qeyri-formal şəraitdə edə bilərsiniz.
Günün
ikinci yarısında yeni məlumatı anlamaqda çətinlik çəkməyin. Ləng və
süst davranmayın. Danışıqlar aparmaq üçün əlverişli zaman deyil. Əvəzinə
faydalı praktik vərdişlər əxz edə bilərsiniz. Yaşam tonusunuzun
səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.
Qız
- asan olmayacaq. Problemlər və çətinliklərin sayı az deyil. Məqsədə
doğru aparan yolda maneələr və sədlərin sayı çoxalacaq. Problemlərin
həllinin orijinal və effektiv yollarını arayın. Səylərinizi boş yerə
sərf etməyin. Uğurlarınız kiçik ola bilər. Lakin onlar rəğbətini
qazanmaq istədiyiniz insanın diqqətini cəlb edəcək.
Günün
ikinci yarısında alış-veriş etmək olar. Bəyəndiyiniz əşyaları seçin.
Ətrafınızdakı insanların məsləhətlərinə və göstərişlərinə qulaq asmayın.
Axşam saatlarında aktiv istirahəti seçin.
Tərəzi -
mühüm olayların yaşanmayacağı gündür. Emosional fon çox əlverişlidir.
Şikayətlər üçün heç bir əsas yoxdur. Yaxınlarınızla ünsiyyət sizi
sevindirəcək. Son vaxtlar münaqişə etdiyiniz mübahisələrinizin
sovuşmadığı insanlarla da dil tapa bilərsiniz.
Günün ikinci yarısında işlərinizdə aktiv olun. Yeni tanışlıq və ya can atdığınız insanla görüş istisna deyil.
Sevdiyiniz adamın qayğısına qalın, onunla həssas davranın.
Əqrəb
- yetərincə qeyri-adi gündür. Yaşanan olaylar əvvəlki hadisələrə
bənzəmir. Ənənə və yazılmamış qanunları, daşlaşmış qaydaları pozmaq
olar. Yaxın ətrafınızdakı insanları təəccübləndirsəniz də,
maraqlarınızın təminatı üçün gərəkli bildiyiniz addımları atın.
İntuisiyanıza güvənin.
Günün ikinci yarısında şəxsi
münasibətlərlə bağlı ciddi qərarlar qəbul etməyin. Yaranmış situasiyanı
izah etməkdə çətinlik çəkəcəksiniz. İdeyalarınızı unutmayın və əlverişli
şərait yaranan kimi, onlardan birini reallaşdırmağa çalışın.
Oxatan
- sakit, rəvan gündür. Əvvəllər başladığınız və yarımçıq qalan işləri
başa vurun. Yalnız öz səhvlərinizi yox, başqalarının da yanlışlıqlarını
sezməyi bacarın. Sərt tənqidə əl atmadan mülayim şəkildə fikrinizi
bildirin. Belədə münaqişələr yaranmayacaq. Kiçik ixtilaflar və ya fikir
ayrılıqlarını isə aradan qaldırmaq çətin deyil.
Günün ikinci
yarısında effektiv çalışın. Maraqlı ideyalar olacaq. Köhnə dostlardan
biri ilə görüş istisna deyil. Pozitiv emosiyalarla yanaşı, önəmli
məlumat da alacaqsınız.
Axşam saatlarını təkbaşına istirahət etməyə çalışın.
Oğlaq -
günün ilk yarısı sakit və rəvan keçəcək. Cari işlərlə məşğul olun,
rutin məsələlərin həllini təxirə salmayın. İşlərin seçimində məntiqli
olun.
Vədlərinizi unutmayın, öhdəliklərinizi yerinə yetirin.
Günün
ikinci yarısında problemlər yarana bilər. Ailə münasibətlərində
çətinliklər istisna deyil. Məişət problemlərini həll edin. Yaxın
ətrafınızdakı insanlar sizdən təcili həll tələb edirlər. Amma
tələsməyin. Əvvəlcə situasiyanı araşdırın, bütün məqamları götür-qoy
edin, araşdırın.
Maliyyə məsələlərində ehtiyatlı olun. Pulu
lazım olmayan nəsnələrə xərcləməyin. Borc vermək əsla məsləhət deyil.
Səfər və səyahət gözləntilərinizdən də baha başa gələ bilər.
Dolça -
günün ilk yarısı uğursuz olacaq. Fəqət, saatlar keçdikcə müsbət
təmayüllərin təsiri güclənəcək. Anlaşılmazlıq və problemlərə görə
əhvalınızı korlamayın. Yaşlı qohumlarla dil tapmaq asan olmasa da,
onlarla ünsiyyətdə xeyir var. Məsləhətlə yanaşı, mühüm informasiya və
real yardım alacaqsınız.
Günün ikinci yarısında yeni işlərə
başlamaq olar. Bir şərtlə ki, tələsik nəticə gözləmirsiniz. Səbrli və
təmkinli olun. Kiçik xərclər istisna deyil. Bədxərclik edərək büdcənizə
zərər verməyin.
Axşam saatlarında sakit istirahəti seçin.
Balıqlar -
günün ilk yarısında nə qədər çox iş görsəniz, o qədər yaxşıdır.
Məhsuldar dövrdən effektiv istifadə edin. Başladığınız işlərə az sonra
marağı itirməyin. İşləri yarımçıq qoymayın. Belə olarsa, bir sıra
məsələlər həllini tapmayacaq.
Günün ikinci yarısı romantik
görüşlər üçün münasibdir. Ən soyuqqanlı və kritik mövqe tutmuş insanda
belə, özünüzə rəğbət oyada bilərsiniz. Sevdiyiniz insanla dil tapın.
Münaqişə və anlaşılmazlıqlar keçmişdə qalsın.
Milli.Az