Bakıda və Abşeron yarımadasında avqustun 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildiriblər ki, əsasən gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Temperaturun gecə 20-25, gündüz 30-35 dərəcə isti, Bakıda gecə 22-24, gündüz 31-33dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək. Azərbaycan rayonlarında əsasən hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 18-23, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir, dağlarda gecə 14-19 isti, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
APA