Avitaminozla mübarizə: meyvə-tərəvəz yoxdur,duzlu kələm ye
13.3.2012

Təzə meyvə-tərəvəz qıtlığı avitaminoz yaradır. Xüsusən də indi, qış şəraitində. Bu bəlaya qarşı səmərəli mübarizə aparmaq üçün gündəlik rasiona nə daxil etmək lazımdır?

Avitaminoz yorğunluq, süstlük, depressiv vəziyyət, dırnaqların sınması və bəzən saç tökülməsi şəklində özünü büruzə verir. Avitaminozun əsas səbəbləri keyfiyyətsiz və tarazlaşdırılmamış qida, stress, əlverişsiz ekoloji vəziyyət, qış vaxtı günəş işığının az olması, fiziki və emosional gərginlik, siqaret çəkmə, spirtli içkilərdən ifrat istifadə, habelə soyuqdəymə xəstəlikləridir.
Dietoloqlar yaz əhvalını pozan bu xəstəliyə qarşı tarazlaşdırılmış qida vasitəsilə mübarizə aparmağı tövsiyə edirlər.

Orqanizmə lazım olan bütün komponentlər – zülallar, yağlar və karbohidratlar daxil olmalıdır. Quş və balıq ətindəki vitaminləri qorumaq üçün onları folqaya büküb bişirmək lazımdır. Menyuya mütləq A, B, C vitaminləri ilə zəngin olan duzlu kələm daxil edilməlidir.