Pirallahı rayonunda yüksək texnologiyalar parkı (YT Park – YTP) tikiləcək. Parkın inşası üçün 50 hektar ərazi ayrılıb. Layihə-smeta işləri başa çatan kimi parkın tikintisinə başlanılacaq. Parkda yüksək texnologiya şirkətləri, araşdırma mərkəzləri və s. obyektlər fəaliyyət göstərəcək.
YTP-da araşdırma aparılacaq, İKT, kosmos, enerji aktivliyi sahəsində texnoloji istehsal həyata keçiriləcək.
Milli.Az