Növbəti nəsil kompakt Hyundai i20 heçbekin ilk dəfə örtüksüz çəkilmiş şəkilləri Hindistanın Team.bhp portalında dərc edilib. Yeni avtomobilin premyerasının oktyabrda Paris avtosalonu çərçivəsində həyata keçiriləcəyi gözlənilir.
Növbəti i20 hazırkı heçbekdən radiator barmaqlığı, fərqli bamperləri və kənarlarında metal taxmalar yer almış yeni əsas işıq faraları ilə fərqlənir. Eyni zamanda modelin Avropa versiyasının Hindistan üçün nəzərdə tutulmuş versiyadan dizayn fərqləri ola biləcəyi də mümkündür.
Mühərrik qamması haqqında hələlik məlumat yoxdur. Onun dəyişməyəcəyi ehtimal edilir.
Bundan başqa, Hyundai i20 modifikasiyaları siyahısına “qaynar” variant da əlavə edilə bilər. Çox güman ki, o, N subbrendi altında buraxılacaq. N modifikasiyasının premyerası 2015-ci ildən tez olmayacaq.


Milli.Az