Onun həyatı bəlalıdır, çünki hətta bəlasına ağlaya da bilmir. Bu qadında suya güclü allergiya olduğundan ağlarsa, ölə bilər.
Britaniyanın Şimali Uels qraflığındakı Flint şəhərində yaşayan Keti Dell
"aquagenic urticaria" adlı allergiya xəstəsidir. Bu nadir xəstəliyə
dünyada cəmi 35 nəfər mübtəladır.
Ketinin dediyinə görə, ağrılardan hətta qışqıra da bilmir.
"Çünki göz yaşlarım dərimə düşən kimi ağrılar güclənir, yaralar peyda
olur. Vanna da qəbul edə bilmirəm. Bədənimə su dəyən kimi dəhşətli
ağrılar başlayır. Çox ağlasam, öləcəyəm", - Keti deyir.
27 yaşlı Keti xəstəliyi ucbatından işini, rəqs müəllimliyini də atmalı
olub. İş zamanı tərləyəndə onun dərisində ağrılı allergik reaksiya
başlayırdı.
"Bəzən mənə belə gəlir ki, öz evimdə həbsdəyəm. Yataqdan çıxmayıb
sürəkli ağlamaq istədiyim günlər çox olur. Lakin ağlaya da bilmirəm.
Xəstəliyimə çarə tapılana qədər bu bəla ilə yaşamalıyam", - Keti deyib.
Dellin orqanizmində bu pozuntu 16 yaşı olanda, badamcıqların kəsilməsi
əməliyyatından sonra başlayıb. Həkimlərin dediklərinə görə, Ketiyə
vurulmuş penisillin inyeksiyası onun orqanizmində histaminin miqdarını
aşağı salıbmış.
Ketinin əri, 32 yaşlı Endi də yarımçıq işdə çalışır ki, xanımına qulluq edə bilsin.
Milli.Az