Avqustun 2-də Yaponiyanın şimal-şərqində yerləşən Aomori şəhərində ən böyük yay festivallarından olan Nebuta maçuri başlayıb.
Nebuta festivalı bəzəkli arabaların bütün şəhər boyu yürüşü ilə əlamətdardır. “Nebuta” adlandırılan həmin arabalarda işıq saçan böyük kağız fənərlər quraşdırılır.
Avqustun 2-də keçirilən yürüşdə hündürlüyü 5, eni 10 metr olan 15 araba iştirak edib. Arabaları rəngarəng yay kimanoları geyən “haneto” adlanan rəqqaslar müşayiət ediblər. Onlar yürüş zamanı bambuk fleytaların və təbillərin səslərinə uyğun olaraq rəqs ediblər.
Festival avqustun 7-dək davam edəcək.
AzərTAc