Polşanın “Deep Ocean Technology” arxitektura şirkəti maraqlı bir sualtı otel layihəsi hazırlayıb.
Otelin Fars körfəzində inşası planlaşdırılır. Bir neçə hissədən ibarət disk şəkilli otel elmi fantastik obyekti xatırladır. Burada sualtı mənzərəni seyr etmək üçün 20-dək otaq olacaq.
Plana görə, otelin yuxarı hissəsində dəniz mühitini və yerli ekoloji sistemi öyrənən mərkəz yerləşəcək.
©AzərTAc