Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunan marka çap olunub
5.8.2014

Bu ilin yanvar ayının 16-da Azərbaycan Prezidenti İlham Əliyev xalq yazıçısı, respublika Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, “Azərmarka” şirkəti yazıçının 100 illik yubileyinə həsr edilmiş poçt markası buraxıb.

Nəfis dizaynda hazırlanmış markanın üzərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin şəkli təsvir olunub. Markanın nominal dəyəri 20 qəpik təşkil edir.

APA