Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və dəstəyi ilə Qəbələ rayonuna həsr olunan "Gələrsən, görərsən" adlı televiziya layihəsi hazırlanıb.
Nazirlikdən verilən məlumata görə, Teleaparıcı Könül Arifqızı və müğənni Azad Şabanovun aparıcılıq etdiyi bu televiziya layihəsi Azərbaycanın bir-birindən gözəl bölgələri olan Qəbələ, Quba, Xaçmaz, Şəki, Lənkəran, Masallı və digər bölgələrinin paytaxt əhalisinə, ölkəmizdən kənarda yaşayan həmvətənlərimizə və xarici vətəndaşlara tanıdılması yolunda çox uğurlu bir addım olacağı düşünülür.
Qəbələ rayonuna həsr olunmuş ilk buraxılışını aşağıdakı link vasitəsilə izləyə bilərsiniz:
VİDEO