Moskvada Müslüm Maqomayev adına müsabiqə keçiriləcək
5.8.2014

Oktyabrın 18-i və 19-da Moskvada Müslüm Maqomayev adına III Beynəlxalq Vokalçılar Müsabiqəsi keçiriləcək.

Bu haqda M.Maqomayevin rəsmi internet səhifəsində yazılıb.

“Crocus City Hall”da baş tutacaq müsabiqədə səhnəyə 9 ölkədən 15 gənc vokalçı çıxacaq. Münsif kürsüsündə M.Maqomayevin həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya əyləşəcək.

Qeyd edək ki, adıçəkilən müsabiqə artıq üçüncü dəfədir ki, Rusiyanın paytaxtında keçirilir.

Oxu.az