İran memarları, hava şəraitindən və ya sahibin əhval-ruhiyyəsindən asılı olaraq fırlanan eyvan-teraslı ev tikiblər.
Bu “möcüzənin” yaradıcıları iranın Next Office şirkətinin memarları olub. Bu yeddi mərtəbəli Sharifi-ha House evi Tehranda 2013-cü ildə tikilib, üç mənzildən, şaquli ox istiqamətindən fırlana bilən teraslardan ibarətdir.
Blokların kənarı panoram şüşəli və ya tamamən bağlıdır.
Fırlanan bloklar lazımi estetik effektdən başqa, həm də mənzildə temperaturu tənzimləmə imkanı verir, bu isə Tehran üçün çox aktualdır.
Mənzilin fırlanması Almaniyada hazırlanmış elektrik mühərrikin yardımı ilə həyata keçir.
Oxu.az