“Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş musiqi müsabiqəsi
5.8.2014

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Əsrin müqaviləsi”nin 20 illik yubileyi münasibətilə vokal və instrumental musiqi əsərlərinin müsabiqəsi elan edilib.

ARDNŞ-in mətbuat xidmətindən bildiriblər ki, müsabiqədə iştirak üçün yaş məhdudiyyəti qoyulmur. Qaliblər iki nominasiya - ən yaxşı vokal əsəri və ən yaxşı instrumental əsər üzrə mükafatlandırılacaq. Hər iki nominasiya üçün təyin olunan mükafatın məbləği 5000 manatdır.

Müsabiqədə iştirak üçün müəllif haqqında məlumatları əks etdirən CV , musiqi əsərinin klaviri, iki ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsinin surəti tələb olunur. Müsabiqəyə əsərlər CD variantında qəbul edilir.

Sənədlərin qəbulu sentyabrın 10-dək davam edəcək. Qaliblər sentyabrın 20-də elan olunacaq.

Sənədlər Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 67, mənzil 19a ünvana göndərilməlidir. Əlaqə telefonları belədir: 012 492 93 28; 012 492 39 02.

AzərTAc