Mətbuat Şurası və SOCAR müsabiqə elan etdi
6.8.2014

Azərbaycan Mətbuat Şurası və SOCAR-AQŞ MMC (İnteqrə Olunmuş Qazma və Quyu Xidmətləri Müəssisəsi) ilə birlikdə “Əsrin Müqaviləsi- Ölkəmizin Davamlı Sənaye İnkişafının Təməli” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir. Müsabiqə 2014-cü il- “Sənaye İli” çərçivəsində Azərbaycanın müasir enerji strategiyasının həyata keçirilməsində mühüm rol oynayan “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyinə həsr olunur.

Müsabiqəyə təqdim olunacaq yazılar üçün aşağıdakı 3 istiqamət müəyyənləşdirilib;

1.Heydər Əliyev- Milli Neft Strategiyasının Banisi;
2.Prezident İlham Əliyevin Azərbaycan sənayesinin modernləşdirilməsi siyasəti;
3.Əsrin Müqaviləsi: Azərbaycanda sənayenin inkişafında yeni mərhələnin başlanğıcı;

Qaliblər yuxarıda qeyd edilən üç istiqamətin hər biri üzrə ayrı-ayrılıqda mükafatlandırılacaqlar. Ümumən müsabiqədə
3 birinci;
3 ikinci;
3 üçüncü - yer nəzərdə tutulur.

I yer - 1000 manat;
II yer - 700 manat;
III yer - 500 manat.

Həvəsləndirici mükafat - 9 nəfər - 200 manat

Müsabiqədə yer tutacaq şəxslərin adları 20 sentyabr- Əsrin müqaviləsi"nin imzalanmasının 20 illiyi ərəfəsində açıqlanacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdı. Yazıda “Azərbaycan Mətbuat Şurası və SOCAR-AQŞ-nin “Əsrin Müqaviləsi- Ölkəmizin Davamlı Sənaye İnkişafının Təməli” mövzusundakı müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.

Müsabiqə üçün yazılar avqust ayının 11-dən senyabr ayının 10-dək həftənin iş günləri saat 11.00-dan 16.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək. Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.

Müsabiqə ilə bağlı daha ətraflı məlumat almaq üçün aşağıdakı telefonlarla əlaqə saxlamaq lazımdır:

(012) 441 35 96
(050) 534 93 26
(055) 201 99 26

Oxu.az