Mercedes-Benz yeni AMG Sport model sırası buraxacaq
6.8.2014

Mercedes-Benz şirkətinin yeni AMG Sport model sırası modellərin standart versiyaları ilə “qaynar” AMG modifikasiyaları arasında yer alacaq.

Bu maraqlı xəbəri İngiltərənin Autocar dərgisi yayıb. Məlumat mənbəyindən dərgiyə bildirilib ki, yeni model sırası BMW M Performance modellərinə cavab olaraq düşünülüb. Gələcək modellər təkcə eksteryer və interyerdə dəyişikliklərlə kifayətlənməyəcək, eyni zamanda mühərriklərdə də əlavə güc əldə edəcək.

AMG Sport sırasının ilk modeli C450 olacaq. 373 at güclü mühərrikə sahib avtomobil oktyabrda Paris avtosalonunda debüt edəcək.

Milli.Az