Yağış yağacaq
6.8.2014

Yaxın bir necə gündə ölkə ərazisində küləkli hava şəraiti müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, məlumat verilib.

Məlumata görə, avqustun 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində əsasən yağmursuz keçəcək, şimal-qərb küləyi güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 21-26, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli az yağış yağacağı ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 33-38 dərəcə, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

ANS PRESS