Amerika şirkəti "Apple" yeni flaqman smartfonu iPhone 6-nı sentyabrın 9-da təqdim edəcək.
Yeni iPhone 13 meqapiksel kamera, döyünmə tezliyi minimum 2GHs olacaq A8 2 nüvəli prosessoru ilə təchiz olunub.
Akkumlyatorun enerji daşıma qabiliyyəti də artırılacaq. Ekspertlər iPhone 6-nın sapfir kristallardan istifadə edilərək sınmayan şüşə ilə təchiz olunduğunu da istisna etmir. Şirkət bu texnologiyadan iPhone 5S kameralarında və Home düymələrinin istehsalında istifadə edib.
Buro247.az