Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə-bəstəkar Xanım İsmayılqızı dünyasını dəyişən oğluna şeir ithaf edib.
X.İsmayılqızı şeiri Facebook səhifəsində paylaşıb.
Evimin künc-bucağını
Dolaşıram veyil-veyil.
Ayağım yerə yapışır,
Gördüklərim yuxu deyil?
Duman kimi görünürsən
Gözlərimin pərdəsindən.
Təzə örpək hörürəm mən
Uzaqdan gələn səsindən.
Saçımın qarası qaçıb
Ağa keçir yavaş-yavaş.
Ürəyim soldan yıxılıb
Sağa keçir yavaş-yavaş.
Yuxu ilə gerçəkliyin
Arasında gor qazıram.
...Yoruldum...Sinə daşına
Oturub şeir yazıram...
Xatırladaq ki, bəstəkarın oğlu Fərid ürəktutmasından dünyasını dəyişib.
Oxu.az