Sentyabrın 6-dan 11-dək Tatarıstanın paytaxtı Kazanda “Qızıl Minbər” VII
Beynəlxalq müsəlman filmləri kinofestivalı keçiriləcəkdir. Seçim
komissiyası iyulun 20-dən başlayaraq müsabiqədə iştirak edəcək filmləri
müəyyənləşdirəcəkdir.
Müsəlman ölkələrində ekranlaşdırılmış 40-dək filmin nümayiş etdiriləcəyi
festivalda Azərbaycan Oqtay Mirqasımovun “Ovsunçu” filmi təmsil ilə
təmsil olunacaqdır. Film Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk
illərdə baş vermiş hadisələrdən bəhs edir. Filmdə aparıcı rolları
tanınmış aktyorlar Bəxtiyar Xanızadə, Fuad Poladov və Ayan Mirqasımova
oynamışlar.