Lemurların həyat tərzi fotolarada - FOTO
7.8.2014

Yoxa çıxmaq təhlükəsilə üzləşmiş 4,000-dək primatın 50 il ərzində müşahidə edilmiş həyat tərzi barədə məlumat bazası Şimali Karolina ştatının Lemur Mərkəzində onlayn rejimdə itifadə üçün internetə köçürülüb.

Həmin internet resurs barədə məlumat Scientific Data jurnalında yerləşdirilib.





Aye-aye lemur balasının tərəzidə çəkisi ölçlür. Tədqiqatçılar ümid edirlər ki, elmi məlumatın paylanması bu növ heyvanlara daha keyfiyyətli qulluq göstərilməsini və təbiətə azad buraxıldıqdan sonra onların qoprunmasını təmin edə bilər.



29 yaşı olan Jonas adlı cırtdan lemur tarixdə ən yaşlı lemurdur. Katarakta xəstəliyi yaşı 25-i aşmış "yaşlı" lemurlar arasında geniş yayılıb.



Duke Lemur mərkəzinin digər yaşlı sakini Amor adlı lemur 1981-ci ildə doğulub və 32 il yaşayıb.



Mərkəzdəki primatlar ailəsinə meymunların əcdadı sayılan, loris və qalaqos lemurları daxildir. Şəkildə müxtəlif növlərə aid bala lemurlar təsvir edilib: (a) taclı lemur, (b) qıvrım quyruqlu lemur, (c) qırmızı kəkilli lemur, (d) göygözlü qara lemur, (e) piqmey loris, və (f) sifaka növünə aid lemur



Göygözlü qara lemur təbiətdə yoxa çıxmaq həddinə çatıb. 8 həftə yaşına çatanda erkək lemurların dərisi qara rəngə çalmağa başlayır. Şimali Amerikada bu növ lemurların dişisindən yalnız ikisi qalıb. Onlar hazırda Duke Lemur mərkəzində qalır. Həmin dişi lemurlardan birisi fotoda təsvir edilib.



Göy gözlü qara lemur ailəsi. Qara dərili erkək lemur və açıq rəngli dərisi olan dişi lemur belində balası ilə təsvir edilib.


"Coquerel's sifaka" lemuru bu növ meymunların yox olmaq təhlükəsi altında olan növüdür. Duke Lemur mərkəzində hazırda sifaka lemurunun elmə məlum olan 60 növünün hamısı təmsil olunub. "Coquerel's sifaka" bir dəfəyə 10m məsafəyə tullanmağa qadirdir. Fotoda Drusilla adlı dişi lemur belində balası Aemelia ilə təsvir edilib.



2011-ci ilin noyabr ayında mərkəzdə Aye-aye lemur balası dünyaya gələndə, ona Elphaba adı verilmişdi. Həmin bala lemurun bu fotosu 2012-ci ilin fevral ayında çəkilib. O zaman lemurun çəkisi cəmi 650g olub.



Zolaqlı quyruğu olan lemur əkizləri - LuLu və Willow. Əkizlər 2014-cü ilin mart ayında doğulublar. Əkiz balalar Sprite adlı ana lemurun belinə dırmaşıblar. Duke Lemur mərkəzində dünyanın ən çoxsaylı lemur "kolleksiyası" toplanıb. Bu primatlar yox olmaq təhlükəsilə üzləşiblər. Bu heyvanlar barədə internetdə yerləşdirilmiş məlumat bazası alimlərə müxtəlif məqsədlərlə elmi tədqiqatlarını davam etdirmək imkanını açır.

ANS PRESS