Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümü “Sarıköynəklə Valehin nağılı” ilə açacaq
8.8.2014

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümü sentyabrın 20-də xalq yazıçısı İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” əsəri əsasında səhnələşdirilmiş eyni adlı tamaşa ilə açacaq.

Teatrdan verilən məlumata görə, İ. Əfəndiyevin anadan olmasının 100 illiyi münasibətilə hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır.

Tamaşada əsas rolları aktyorlar Günel Məmmədova (Sarıköynək), Elnur Kərimov (Valeh), xalq artistləri Tariyel Qasımov (Muradzadə), Yasin Qarayev (Baləmi), əməkdar artistlər Naibə Allahverdiyeva (Simuzər), Lətifə Əliyeva (Güllübəyim), Qəmər Məmmədova (Ceyran) və başqaları ifa edirlər.

APA