2015-ci ilin mayında Avstriyanın paytaxtı Vyanada keçiriləcək 60-cı “Eurovision” mahnı müsabiqəsinin təşkilatçıları bu yarışmanın şəhərin “Wiener Stadthalle” arenasında keçirilməsi qərarına gəliblər.
Vyananın 15-ci rayonunda yerləşən bu kompleks avstriyalı memar Roland Raynerin layihəsi əsasında 1953-1958-ci illərdə inşa olunub və ümumilikdə 16 min tamaşaçı tutur.
Arena 6 zaldan ibarətdir. 1974-cü ildə burada “Stadthallenbad” hovuzu da tikilib.
“Eurovision-2015” mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək.
AzərTAc