Qazlı içki həvəskarlarına pis xəbər - VİDEO
11.8.2014

Yay aylarında insanların suya təlabatı artır. Bu dövrdə də qazlı içkilərdən istifadə edənlər daha çox olur. Qazlı içkilərin orqanizmə vurduğu zərər könüllü zəhər içməyə bərabər hesab edilir. Elə paytaxt sakinlərinin əksəriyyəti də bu zərəri bilə-bilə qəbul edirlər.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevin sözlərinə görə, qazlı suların tərkibinə qatılan rəng və dadverici maddələr miqdarı normadan artıq olduqda mənfi nəticələrə gətirib çıxarır.

İmran Abdullayev deyir ki, onların tərkibində həmçinin konservləşdirilmiş digər maddələr də var.

Bengor Universiteti araşdırmaçıları, bu içkilərin asılılıq yaratdığını və yalnız iki həftə içində bir çox orqanlara ziyan verdiyini açıqlayıb.

Harvard Universitetinin araşdırmalarına görə, qazlı içkilərin içində olan fosfat erkən yaşlanmaya səbəb olur, infakt riskini artırır. Bədəndəki kalsium tarazlığını pozub sümük əriməsinə gətirib çıxardır, diş minasına zərər verir. Həmçinin qazlı içkilərin siqaret qədər zərər verdiyi də deyilir.

Bir sözlə, orqanizmimizin suya olan tələbatını ödəməyin ən yaxşı yolu adi suyun qəbuludur. Yəni gün ərzində ehtiyac duyduğumuz 3 litrə qədər mayeni, qatqısız, rəngsiz, qazsız adi su ilə ödəsək, daha sağlam olarıq. Əks təqdirdə öz sağlamlığımızı, hətta həyatımızı təhlükə qarşısında qoyuruq.

VİDEO

ANS PRESS