Zəncəfilin faydası haqqında
14.3.2012

Zəncəfil mədə bulanması və qusmalara qarşı çox yaxşı çarədir. Bu barədə GoMap.az Trend-ə istinadən xəbər verir. Yola çıxmazdan yarım saat əvvəl ağıza alınan 1 qram zəncəfil maşın tutmalarının qarşısını almaqda əla vasitə hesab edilir.

Zəncəfilin digər faydaları:

• Mədə bulanmasının qarşısını alır.

• Qadınlarda dövrü spazmları aradan qaldırır.

• Qanda xolesterolu aşağı salır.

• Soyuqdəymə və qrip zamanı müalicəedici xassələrə malikdir.

• İltihab əleyhinə özəlliklərə malikdir və güclü təbii ağrıkəsici təsir göstərir.

• Migren zamanı qan damarlarının iltihablaşmasına və ağrıya səbəb olan prostaqlandinin inkişafını dayandıraraq xəstəliyi yüngülləşdirir.

• Aparılan araşdırmalar yumurtalıq və yoğun bağırsaq xərçəngi zamanı xərçəng hüceyrələrinin böyüməsinə mane olduğunu və ya tamamilə məhv etdiyini göstərir.