Mehmanxanalara lisenziyalar verilib
12.8.2014

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar”a və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən cari ilin iyulunda bir sıra mehmanxanaların və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib.

Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən bildiriblər ki, Bakıda fiziki şəxs Validə Həsənovaya “Qoşa Çinar-F” istirahət mərkəzinə, Naxçıvanda “Elnarə - 79” MMC-yə, Bakıda fiziki şəxs Elman Əlibəyova “Business Place Hotel”ə, Lənkəranda “Xəzər – RVR” MMC-yə, Bakıda fiziki şəxs Leyla Ələkbərovaya “İçəri Şəhər” mehmanxanasına, Gədəbəy rayonunun Slavyanka kəndidə fiziki şəxs Eyvaz Qasımova “Şirxan” istirahət mərkəzinə, eləcə də “Star Qusar-C” MMC-yə, Yevlax rayonunun Gülövşə kəndində fiziki şəxs Sahib Allahverdiyevə “Saf təbiət” istirahət mərkəzinə, Bakıda “Şəki İstirahət Mərkəzi” MMC-yə, Sumqayıtda “Original Motors” MMC-yə, Şəmkir rayonunun Şiştəpə kəndində fiziki şəxs Rəna Nazanlıya “Meridian-F” mehmanxanasına və Xızı rayonunda “Cənnət Bağı Şirkətlər Qrupu”na müvafiq turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib.

AzərTAc