Dünyanın ən hündür türk kəndlisinin boyu artıq 2,51 santimetrə çatmışdır
14.3.2012

Türk kəndlisi Sultan Kosenin boyu artıq 2,51 santimetrə çatmışdır. O, həddən artıq nadir xəstəlik olan akromeqaliya sindromuna mübtəla olduğundan beynin hipotalamus bölgəsinin aşağı hissəsində yerləşən hipofizində şiş yaranmışdır.

Bu səbəbdən də 29 yaşlı Sultan sürəkli olaraq uzanır. Həkimlərin dediklərinə görə, bu proses mütləq dayandırılmalıdır, əks halda, Sultan ölə bilər.

ABŞ-dakı Virciniya universitetinin həkimləri, deyəsən, Sultanın dərdinə çarə tapmışlar. Amerikalı həkimlər bildirmişlər ki, Sultanın böyüməsinin qarşısını almağın yolunu bilirlər.

2008-ci ildə Sultanın beynindəki şişin bir qismi kəsilib götürülsə də, o, uzanmağa hələ də davam edir.
Sultan həm də dünyanın ən uzun qollarına malikdir.

AzərTAc