17 avqust 2014-cü il tarixində Nabranda, "Atlant" istirahət mərkəzində "Kickboxing İnternational Tournament" beynəlxalq K-1, WK-1 döyüşləri baş tutacaq.
Tədbir İdman Azərbaycan TV ilə canlı yayımlanacaq.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin rəhbərliyi ilə "QARTAL" Peşəkar Kikboksinq Klubunun təşkil etdiyi beynəlxalq K-1 turnirinə bütün kikboks həvəskarlarını baxmağa dəvət edirik! Beynəlxalq turnirin keçirilməsində məqsəd gənclərin mübarizlik və hərbi vətənpərvərlik ruhunun artırılmasıdır.
Tədbirin təşkilatçılarından biri olan Aqil Məmiyev açıqlamasında deyib:
"Tədbir üç hissədən ibarət olacaq: peşəkar hissə, şou (konsert) və disko (əyləncə).
Döyüş titul üzrə dünyanın ən tanınmış idmançıları arasında keçiriləcək".
Xatırladaq ki, döyüşlərin ardınca yay əhval-ruhiyyəli moda defilesi də olacaq.
Tarix: 17 Avqust 2014
Məkan: Atlant, Nabran
Aparıcı: Tural Ozan
Milli.Az