Azərbaycan Respublikası baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə dövlət komitəsinin sədri Əli Həsənov qaçqınları qəbul edəcək.
Dövlətqaçqınkomun mətbuat xidmətindən verilən məlumata görə, qəbul 15 avqust 2014-cü il tarixində Dövlətqaçqınkomda keçiriləcək. Həmin qəbul Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.
Qəbula yazılma həmin gün saat 9.00-dan 10.00-dək Sabunçu Rayon İcra Hakimiyyətində təşkil ediləcək. Qəbul saat 10.00 - dan başlayacaq.
ANS PRESS