Qoç – İş üçün, xüsusilə də entuziazm və səy tələb edən iş üçün elə də münasib gün deyil. İşgüzarlığınız sıfır həddindədir, hərdən nəinki iş görməyə, hətta düşünməyə də tənbəllik edirsiniz. Amma cari işlərin öhdəsindən asanlıqla gəlirsiniz – sadəcə, vərdiş hesabına. Fikriniz isə başqa yerdədir.
Ünsiyyət zamanı bəzi çətinliklər, əzizlərinizlə fikir ayrılıqları mümkündür. Sizə adəti üzrə olduğundan daha çox sərbəstlik vıə müstəqillik gərəkdir, ətrafınızdakılar isə bunu başa düşmək istəmirlər. Sizin yarınız diqqətsizlikdən narazı olacaq, amma xoşbəxtlikdən, bu, uzun sürməyəcək.
Buğa – Gün çox uğurludur. Bu yaxınlarda başladığınız işləri sona yetirəcək, bir çox suallarınıza cavab tapa biləcəksiniz. Enerjiniz çoxdur, işgüzarsınız, bir-birinin ardınca «kəşflər» edirsiniz – karyera pillələri ilə yuxarı qalxmaq istəyənlər üçün əla keyfiyyətlərdir. Tamamilə yeni bir sahədə qüvvənizi sınaya bilərsiniz, çox uğurlu alınacaq.
Hansısa ziyafətdə iştiraka, yaxud dostlarınızın qonaqlığa dəvətinə etiraz etməyin. Tanışlıq və ya romantik münasibətlər üçün çox xoş gündür. Nikahda olanlar ümumi bir işlə başlarını qatacaq, bütün fikir ayrılıqları və inciklikləri unudacaqlar.
Əkizlər – Bu gün sizə böyük müvəffəqiyyətlər vəd edir. Mürəkkəb məsələləri çox qısa bir zamanda həll edə bilərsiniz. Çoxdan üzərində düşündüyünüz plan və ideyalarınızı reallaşdırmağa başlaya bilərsiniz. Bunun üçün əla şərait yaranıb. Nüfuzlu şəxslərlə ünsiyyət qurmaq olar.
Şəxsi cəbhədə də işlər pis deyil. Yaxşılığa doğru qlobal dəyişikliklərdən danışmaq hələ tezdir. Amma siz düzgün istiqamətdə irəliləyir və yaxşı başa düşürsünüz ki, seçdiyiniz yoldan sizi kimsə çəkindirə bilməz.
Xərçəng – Bu gün dəfələrlə sevinmək imkanınız olacaq. Xeyli uğurlu təsadüflər mümkündür. Ciddi qələbələri hələ gözləməyin, amma onların yoxluğu da kefinizi pozmasın. Yaradıcı işlər üçün əla gündür. Məsələlərin qeyri-standart həlli yollarını tapa bilirsiniz. Ağlınıza orijinal ideyalar gələcək.
Əzizlərinizlə ünsiyyət, ailə tədbirləri, romantik görüş üçün münasib gündür. Yeni tanışlıqlar qurmağa isə tələsməyin – onlar sizə gözlədiklərinizi verməyəcək.
Şir – Axına qoşulub «üzməyi» üstün tutan Şirlərin bu gün ürəyincə olacaq. Belələrinin sayı bu bürcün nümayəndələri arasında az olduğundan əksəriyyət Şirlər darıxacaq, vacib, qeyri-adi, xususi bir nəsnə istəyəcək, amma onu elə də tez əldə edə bilməyəcəklər.
Aktiv istirahət, açıq havada idmanla məşğul olmaq üçün münasib gündür. Romantik görüşlərə cəhd göstərməyin, onlar sizin gözləntilərinizi ödəmək qabiliyyətində deyillər. Dostlarla görüşlər isə ürəyinizcə olacaq.
Qız – Lazımi qədər səy göstərsəniz, bu gün xeyli sayda çox maraqlı və mürəkkəb işin öhdəsindən gələ biləcəksiniz. Peşəkar bacarıqlarınızı bu gün dəfələrlə parlaq şəkildə nümayiş etdirə, özünüzün karyera pillələri ilə irəliləməyə haqqınız olduğunu sübut edə biləcəksiniz. Maraqlı iş təklifləri alacaqsınız: bunlardan fəaliyyət sahəsini kökündən dəyişməyi tələb etməyənləri, əvvəldən seçdiyiniz istiqaməti daha da püxtələşdirməyə yönələnləri nəzərdən keçirə bilərsiniz.
Şəxsi münasibətlərdə təşəbbüs göstərə bilərsiniz. Öz hissləriniz barədə danışmaqdan, sizin üçün maraqlı olan insana tərəf ilk addımı atmaqdan çəkinməyin.
Tərəzi – Bu gün asan olmayacaq: hadisələr gözlədiyiniz kimi inkişaf etmir. Tələsməli olursunuz, fikirləşməyə vaxtınız qalmır. Təəssüf ki, yanınızda məsləhət edə biləcəyiniz bir insan da yoxdur, bu səbəbdən öz intuisiyanıza və ağlınıza güvənməli olursunuz. Səhv etmək ehtimalınız böyükdür.
Maliyyə itkiləri mümkündür. Çox uğursuz sövdələşmələr bağlaya bilərsiniz. Əvəzində sevgidə bəxtiniz gətirəcək. Ümumiyyətlə, bu gün bir çox şəxsi probleminizi çox asan və sürətlə həll edə bilərsiniz.
Əqrəb – Dünənkindən fərqli olaraq, bu gün elə də xoş və uğurlu deyil. Amma onu pis hesab etmək vicdansızlıq olardı. Məsələn, bütün danışıqlar uğurlu keçir, müsahiblərinizi özünüzün haqlı olduğunuza inandırmaq üçün sizə sanılı dəqiqələr bəs edir. Vaxtilə çox məhsuldar əməkdaşlıq etdiyiniz şəxslərdən maraqlı iş təklifləri ala bilərsiniz.
Şəxsi həyatınızda ciddi dəyişiklik gözləməyin: hadisələr öz axarı ilə gedir. Axşam səhhətiniz korlana bilər, özünüzü qoruyun, orqanizminizi çox yükləməyin. Soyuqlaya bilərsiniz.
Oxatan – Gündən xüsusi heç nə gözləməyin. Bir çox Oxatanlar üçün isə o, çox uğursuz olacaq. Vacib görüşləri və danışıqları təxirə salın. Nüfuzlu şəxslərdən, dövlət idvrələrinin əməkdaşlarından uzaq durun. Biznesmen Oxatanlar yoxlamalara hazır olsunlar. Cərimələnmək ehtimalı böyükdür.
Emosional fon xoş deyil, nikbinliyiniz bu gün siz tərk edəcək. Yaxınlarınızla ümumi dil tapmaqda çətinlik çəkirsiniz, özünüzə qapanır, kimsənin sizi anlamadığını düşünərək həyəcan keçirirsiniz.
Oğlaq – Uğurlu gündür, müqavilələr bağlamaq, sənədlər hazırlamaq, yeni iş yerinə keçmək məsləhətlidir. Öz həyatınızı dəyişməkdən çəkinmirsiniz, çünki dəyişikliklərin sizə yalnız fayda gətirəcəyindən əminsiniz. Nüfuzlu şəxslərlə öz biznes layihələrinizi müzakirə edə bilərsiniz: tərəfdaş və hami tapmaq şansınız böyükdür.
Yaxınlarınızın və qohumlarınızın əhatəsində əla vaxt keçirəcəksiniz. Maraqlı tanışlar tapmaq imkanınız var. Yeni eşq macərası gözlənilməz sürətlə inkişaf edəcək, amma siz buna yalnız ilk vaxtlarda təəccüb edəcəksiniz.
Dolça – Gücünüzü toplayın: sizi çox mürəkkəb gün gözləyir. Tərslikdən, dostlarınızın, yaxud həmfikirlərin köməyinə, dəstəyinə bel bağlaya bilməzsiniz - sadəcə olaraq, onların sizin yardımınıza yetişməyə imkanları olmayacaq. Odur ki, təklikdə iş görəcəyinizə əvvəldən köklənin. İşdə münaqişələr, rəhbərliklə fikir ayrılıqları mümkündür.
Şəxsi problemlər də istisna deyil. Ətrafınızdakılara qarşı çox tələbkarsınız. Günün ikinci yarısı, özü də çox namünasib məqamda, əvvəl verdiyiniz vədləri sizə xatırladacaqlar. Bunları təcili olaraq yerinə yetirməli olacaqsınız.
Balıqlar – Demək olmaz ki, uğur özü sizə doğru gəlir və hər şeyə asanlıqla nail olursunuz. Amma buna baxmayaraq, işlərinizi yoluna qoya bilərsiniz. Bunun üçün həm enerjiniz, həm də inadınız kifayət qədərdir. Mürəkkəb işlərə bir qədər ehtiyatla yanaşın. Üzərinizə bacara bildiyinizdən artıq məsuliyyət, iş götürməyin. Böyük problemi bir neçə hissəyə bölmək bacarığınız köməyinizə gələcək. Rəhbər Balıqlar tabeçiliklərində olanlara güvənə bilərlər.
Səfərə çıxmaq məsləhət deyil, xüsusilə günün qaranlıq vaxtı belə bir ideyadan vaz keçin. Yolda başınıza xoşagəlməz hadisələr gələ bilər. Evdə isə vaxtınızı gözəl keçirəcək, heç darıxmayacaqsınız.
Milli.Az