Axtarış
Başqa şəhərlərdə
Range Rover Sport SVR ilk “yüzlüyə” sürətlənməni 4,5 saniyəyə həyata keçirir! Onun maksimal sürəti isə saatda 260 kilometrdir. Avtomobilin Nürbyurqrinqin “Şimal dolanbacı”nda göstərdiyi vaxt da az heyrətləndirmir – 8 dəqiqə 14 saniyə. Yəni Lexus IS-F, BMW 1-Series M Coupe, Porsche Cayman S və onlarla adlı-sanlı sportkarlardan daha sürətli.Range Rover Sport SVR - Jaguar Land-Rover-in Special Vehicle Operations adlı xüsusi tüninq emalatxanasının məhsuludur, həm də ilk məhsuludur. Adi Range Rover Sport versiyasından bizə tanış olan 5 litrlik kompressor V8 mühərrikinin hasilat imkanlarını xüsusi olaraq SVR üçün 550 a.g. və 680 Nm fırlanma anınadək artırıblar. Bundan başqa, avtomobil yeni ikipilləli xaricetmə sistemi, səkkizpilləli adaptiv ZF avtomat ötürücü qutu, Continental SportContact 5 şinləri ilə opsional 22 düymlük disklər və həmçinin eksteryer və interyerin dizaynında nəzərəçarpan aksentlər əldə edib. Nəticədə ortaya hələ ki, bazarda ümumiyyətlə tayı-bərabəri olmayan idman krossoveri çıxıb. Bu vəziyyət ən azından BMW və ya Porsche “Nordşlayf”a özlərinin yeni super-SUV modelini çıxaranadək davam edəcək. Hələlik isə satışları 2015-ci ilin birinci yarısında başlanacaq Range Rover Sport SVR almaq üçün pul toplamaq lazımdır. Maşının İngiltərədə qiyməti bizim üçün daha münasib valyutada göstərsək $110 000 olacaq.Milli.Az
Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir.
Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək yeni üsul – biosensor hazırlayıblar.
Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.
Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır.
“Visa”, “Mastercard” və digər beynəlxalq kart təşkilatları "Facebook" sosial şəbəkəsinə məxsus olan və gələn ili bazara çıxarılması planlaşdırılan "Libra" kriptovalyutasını dəstəkləyə bilər.