11 rayonda qaz olmayacaq
13.8.2014

Bu gün saat 18.00-dək Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qazın verilişində məhdudiyyətlər təmir-quraşdırma işlərilə əlaqədardır.

Belə ki, Ağdaş və Zaqatala rayonlarına, qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, təmir-bərpa və quraşdırma işlərinin aparılması ilə əlaqədar isə saat 13.00-dək Bakının Nərimanov rayonunda təbii qazın verilişi dayandırılacaq. Bundan başqa, saat 17.00-dək Kürdəmir və Abşeron, saat 18.00-dək Xaçmaz, Binəqədi, Sabunçu və Xətai, saat 19.00-dək Qaradağ, işlər başa çatanadək isə Nizami rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

ANS PRESS