Avqustun 14-də Nizami Kino Mərkəzində görkəmli kinoaktyor və rejissor Şahmar Ələkbərovun xatirə gecəsi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, gecədə Xalq Artisti, Dövlət mükafatı laureatı, kino salnaməsində adı fəxrlə yad edilən, kinonu tamaşaçıya sevdirən, yaratdığı müxtəlif obrazlarla həmişəlik yaddaşlara həkk olunan Şahmar Ələkbərovun dostları və yaxınları onun haqqında xatirələrini bölüşəcəklər.
Tədbir çərçivəsində sənətkarın yaradıcılığını əks etdirən foto sərgi də nümayiş olunacaq.
AzərTAc