“Qalatasaray”ın sabiq futbolçusu Azərbaycanda çalışa bilər
14.8.2014

“Qalatasaray”dan ayrıldıqdan sonra işsiz qalan Ümid Davala Azərbaycanda çalışa bilər. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, hazırda Topaz Premyer Liqasında işləyən komandalardan biri Ümid Davalanı baş məşqçi təyin etmək istəyir. Tərəflər arasında danışıqlar gedir. Əgər razılıq əldə olunarsa, məşhur sima ölkəmizə gələ bilər.

Gənc mütəxəssisin meneceri də açıqlamalarında bunu təsdiq edib: “Davala Azərbaycan klublarından biri ilə danışıqlar aparır. Müştərim qardaş ölkədə işləməyə isti yanaşır. Ancaq şərtlər əsasdı. Əgər razılığa gələ bilsək, Davala orada işləyə bilər”.

APA