Qvineya prezidenti Alfa Konde ölkədə tüğyan edən Ebola epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Müvafiq fərman ölkə prezidenti tərəfindən ötən gün imzalanıb.
“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)Ebola xəstəliyini səhiyyə üçün qlobal təhlükə elan edib. Qvineya ÜST-nin nizamnaməsini qəbul edib, bu səbəbdən də mən Ebola xəstəliyi ilə bağlı ölkədə fövqəladə vəziyyəti elan edirəm”, deyə prezident bildirib.
Bundan əvvəl Nigeriya və Liberiya prezidentləri ölkələrində fövqəladə vəziyyət elan edib.
Qeyd edək ki, Ebola xəstəliyindən ölənlərin sayı 1069-a çatıb.
APA