Selfie çəkdirən cütlük 80 metrdən yxılaraq öldü
14.8.2014

Son vaxtlar dəbə düşən və sosial şəbəkələrdə günbəgün artan selfie çəkdirmək təhlükəsi günü-gündən daha da artır Adları gizli saxlanılan cütlük avqust ayının 9-da Rok burnunda (Portuqaliya) selfie çəkdirərkən 80 metrlik yüksəklikdən yıxılıblar.

Sözügedən ailə Sintra şəhəri ətrafına hər il gəlirlərmiş.

Ehtimal olunur ki, onlar selfie çəkdirmək üçün Rokun lap kənarına, təhlükəli sayılan ərazisinə keçiblər və yıxılaraq Atlantik okeana qərq olublar.

Həmin yerin hündürlüyü 80 metr təşkil edir. Faciənin şahidləri onların 5 və 6 yaşlı iki uşaqları olub. Cütlüyün cəsədlərini yalnız avqust ayının 10-da çıxarmaq mümkün olub.

Polis hadisə ilə bağlı istintaq işlərini davam etdirir. Rok burnu (Cabo da Roca) — Avropanın qərbində yerləşən nöqtəsidir. Burunun bütöv hündürlüyü okean səviyyəsindən 140 metr yuxarıda yerləşir.

Oxu.az