Azərbaycan prezidenti Bərdədə avtomobil yolunun tikintisinə 5,8 milyon manat ayırıb
15.8.2014

Azərbaycan prezidenti İlham Əliyev Bərdə rayonunun Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

On min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun tikintisi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bərdə Rayon İcra Hakimiyyətinə 5,8 milyon (beş milyon səkkiz yüz min) manat ayrılıb.

APA