Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib.
Fonddan verilən məlumata görə, bu barədə Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin sərəncam imzalayıb.
M. Əliyeva Azərbaycan və Rusiya Federasiyasının Həştərxan vilayəti arasında dostluq münasibətlərinin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfələrə görə təltif olunub.
APA