İtaliyanın Falçano del Massiko kəndinin rəsmiləri sakinlərə ölməyi
qadağan ediblər. Martın əvvəlindən 3700 nəfər əhalisi olan Falçano del
Massiko kəndinin sakinlərinə ölmək qadağan edilib. Bu əmri yaşayış
ərazisinin meri Culio Fava verib.
İş orasındadır ki, kəndin öz qəbiristanlığı yoxdur. Əvvəllər kənddə
ölənləri qonşu Karinola kəndində dəfn edirdilər, amma artıq Karinolanın
da məzarlığında yer qalmayıb. Kəndin rəsmiləri Karinola kəndinin
qəbiristanlığını böyütmək üçün çox yerlərə müraciət etməli olublar, amma
bunun üçün dövlət büdcəsindən pul ayırlmayıb ki, ayrılmayıb. Falçano
del Massiko üçün ayrıca qəbiristanlıq düzəltmək isə sakinlərin cibinə
görə deyil.
Belə olan təqdirqə, Falçanonun meri ictimaiyyətin diqqətini bu problemə
cəlb etmək üçün əmr verib. Kəndin sakinlərinə ölmək qadağan edilib.
Hə, onu da demək yerinə düşər ki, kəndin sakinlərinin bəziləri məcburiyyət qarşısında qalıb, qadağanı pozublar.
ANN.Az