Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtda yolun bağlanması ilə bağlı məlumat yayıb.
Bülbül prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən Neftçilər prospekti ilə kəsişməsinə qədər olan hissəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.
Sürücülərə alternativ olaraq Rəsul Rza küçəsindən istifadə etmələri tövsiyə olunur.
Oxu.az