Metroda vahid kart-ödəniş sistemi tətbiq olunacaq
15.8.2014

İctimai nəqliyyatda vahid kart-ödəniş sisteminin Bakı Metropolitenində tətbiqi ilə bağlı iş aparılır.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, Səhmdar Cəmiyyət bununla əlaqədar Nəqliyyat Nazirliyi və digər müvafiq qurumlarla sıx əməkdaşlıq edir.

Metropolitendə mövcud kart-yükləmə aparatlarının daha müasir və etibarlı qurğularla əvəzlənəcəyini də deyən N.Paşayev qeyd edib ki, QSC ümumilikdə sərnişinlərə xidmət sisteminin tam yeniləşdirilməsini planlaşdırır. Kart-yükləmə aparatlarının müasirləşdirilməsi də buraya daxildir.

Oxu.az