Qalmaqal: "Bəs bu gəlini gətirəndə bir baxmazlar?.."
15.8.2014

Yəmənin paytaxtı Sənada keçirilən iki dəbdəbəli toy mərasimi az qala böyük qalmaqala səbəb olacaqdı. Bəzəkli gəlin maşını səhvən başqa toy karvanına qoşulub və gəlini başqa bəyin evinə aparıb. Gəlinin halal əri də yeni yaşayış yerinə gəlib.

Bu cür səhvə limuzinin sürücü yol verib. Qəlbinin sahibini qarşılamağa çıxan bəy isə çaş-baş qalıb. Çünki eyni vaxtda evinin qarşısında maşından iki gəlin düşüb. Belə bir anda musiqini və şən əhvalı gərgin sakitlik əvəz edib.

Yad gəlin özü məsələdən çıxış yolu tapıb. O deyib ki, ünvan səhv salınıb. Qonaqlar gülüşərək gəlini doğru ünvana yola salıblar.

Milli.Az