Şamaxı rayonunun Mədrəsə qəsəbə tam orta məktəbi üçün yeni bina inşa olunur.
Dövlət vəsaiti hesabına inşa edilən yeni tədris ocağının tikintisinə bu ilin yanvar ayından başlanılıb. Hazırda ikinci mərtəbədə beton işləri görülür.
Tam orta məktəb üçün yeni bina qəsəbədə tədrisin yüksək səviyyədə aparılmasına imkan verəcək. Geniş və işıqlı sinif otaqları, fənn kabinetləri, laboratoriyalar, kompyuter otağı, qış idman zalı və s. şagirdlərin elmi biliklərin əsaslarına yiyələnmələrinə, onların idman bacarıqlarını inkişaf etdirilməsinə, yeni texnologiyaları öyrənmələrinə imkan yaradacaq. Bina qızdırıcı sistemlə də təchiz olunacaq.
Qəsəbə tam orta məktəbi üçün yeni binanın gələn ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulub.
AzərTAc