Bunlardan birində kabablar, restoranın altında olan aktiv vulkanın istisi ilə bişirilir.
Dünyanın ən qeyri-adi restoranların fotoları təqdim edir:
El Diablo Restaurant - Teguise, İspaniya
Bu restoranda kabablar, restoranın altında
olan aktiv vulkanın istisi ilə bişirilir. Restoran vulkanın üzərindəki 6
ədəd qaya layının üstündə tikilib. Restoranın altında olan vulkan 19-cu
əsrdən bəri püskürmür.


Sarnıç Restoran - İstanbul, Türkiyə
İstanbulda olan Sarnıç Restoranı 1000 illik bir yeraltı su hövzəsində yerləşir. Məkanı dəmir çılçıraqlar işıqlandırır.
Osmanlı mədəniyyətinin müxtəlifliyini nümayiş etdirən məkan, tarixi atmosferi ilə ən maraqlı restoranlar arasında yer tutur.


360 Degrees Restaurant - Phuket, Tayland
Ətrafında olan Andaman dənizinin 360
dərəcəlik mənzərəsini təqim edən restoran, Phuket-də Layan Beach-də
yerləşir. Restoranın yeməklərinin də mənzərəsi qədər keyfiyyətli olduğu
deyilir.


Stuckli Sky Dining - Dinner in a Ski Lift in Sattel- İsveçrə
Stuckli Sky Dining, adından da aydın olduğu
kimi müştərilərə səmada xidmət göstərilir. Qonaqlar Alp dağlarının
mənzərəsi ilə yoldaşlıq edərək yeməklərini qayıq formasında qabda
yeyirlər.


Snow Castle Restaurant - Kemi, Finlandiya
Son zamanlar buzdan oyma otellər və restoranlar dəb düşüb. Bunlardan ən məşhuru Finlandiyada yerləşir.
Hər il Yanvar ayının sonuna doğru xidmət
göstərməyə başlayan restoranın buzdan oyma masalarında təxminən mənfi 5
dərəcə soyuqda yeməyinizi yeyə bilərsiniz.


Tree Pod Dining - Soneva Kiri in Koh Kood, Banqkok
Bu restoran xüsusi toxunma bambuklarda
qonaqlarına bənzərsiz bir əyləncə təqdim edir. Bambuklara oturdulan
qonaqlar yuxarı qaldırılaraq ağacların təpəsində bu maraqlı istirahəti
yaşayırlar.


Labassin Waterfall Restaurant - Villa Escudero Plantations and Resort, Filippin
Süni şəlalənin içində yerləşən Labassin
Waterfall restoranı, bambukdan hazırlanmış masaları ilə qonaqlarına
bənzərsiz bir istirahət təqdim edir.

Le Jules Vernes - Paris, Fransa
Eyfel Qülləsində yerləşən restoran
qonaqlarına bənzərsiz bir mənzərə təmin edir. Məşhur aşbaz Alain
Ducassenin ləzzətli yeməklərini dada biləcəyiniz bu restorana girmək
üçün uzun növbələr gözləməyinizə ehtiyac qalmır, restorana aid xüsusi
lift qonaqlarının xidmətdədir.


Treehouse Restaurant - Yeni Zelandiya
Ağac evlərdə möcüzəvi bir yemək vaxtı keçirmək üçün Yeni Zelandiyadakı Treehouse xidmətinizdədir.
Bu məkanı bənzərsiz edən, ağacların içində, yerdən 10 metr yüksəklikdə və meşə mənzərəsi ilə bir yemək vaxtı keçirə bilməkdir.


Grotta Palazzese - Polignano a Mare, İtaliya
İtalyanın cənubunda olan restoran
qonaqlarına Adriatik Dənizi mənzərəsi ilə ekzotik bir atmosfer təqdim
edir. Kalker mağarasında olan restoran yalnız yay aylarında xidmət
göstərir.


Ithaa Undersea Restaurant - Rangali Adası, Maldiv adaları
Dənizin içində 5 metr dərinlikdə olan
restoranda şüşədən divarlar sayəsində dəniz dalğalarını, balıqları,
mərcanları, köpək balıqlarını və bir çox dəniz canlısını izləmək
mümkündür.

Oxu.az