Firuzəyi Soça çayı - FOTO
18.8.2014

Sloveniyada Soça və ya İtaliyada İzonço  – öz başlanğıcını Alp dağlarından götürən, inanılmaz gözəlliyə malik firuzəyi çay.

Firuzəyi ilan kimi qıvrılan, 138 kilometr uzunluğa malik çay, iki ölkənin ərazisindən keçərək (Sloveniya və İtaliya) Adriatik dənizə tökülür.

Qeyri-adi gözəlliyinə görə sloveniyalılar onu “Zümrüd gözəli” adlandırırlar.

Soça çayı həmçinin üzərində tikilən və iki ölkənin sahillərini birləşdirən Solkan daş dəmiryolu körpüsü ilə məşhurdur. 220 metr uzunluğa malik körpü 1985-ci ildən Sloveniyanın milli tarixi abidəsi kimi tanınır və ictimai təşkilatlar tərəfindən mühafizə edilir.

Yerli təbiətin harmoniyasını hiss etmək üçün hər il bura bütün Avropadan turistlər gəlirlər.

Mənzərəli təbiət güşəsi və Soça çayının nağılı rəngi tanınmış kino rejisorlarının da diqqətini cəlb edib. “Disney”  kompaniyası 2008-ci ildə burada “Narnia salnamələri: Şahzadə Kaspian”  filminin bəzi səhnələrini çəkib.

Qeyd edək ki, Soça çayı bütün uzunluğu boyunca rəngini dəyişmir.



Oxu.az