Türkiyənin ən populyar teleserialı olmuş "Muhteşem yüzyıl"dakı "Hürrəm Sultan" rolu ilə fenomenal populyarlıq qazanmış Məryəm Üzərli Star TV-yə qayıda biləcəyini vurğulayıb.
"Muhteşem yüzyıl"ı 100-cü seriyada tərk edən və "tükəndim" deyərək Berlinə yollanan aktrisa Star TV-yə yeni teleseriala çəkilməyə razılıq verib.
Fəqət, o, qonorarının "Muhteşem yüzyıl"da aldığı məbləğdən 2 dəfə artıq olmasını istəyib.
Star TV ilə 2 illik müqavilə imzalamış M.Üzerliyə 2 milyon lirə ödənib. Seçəcəyi prodüserin teleserialına çəkiləcək aktrisa hər seriya üçün 60 min lirə alacaq. Çəkiliş meydançasında iş zamanı 9 saatdan artıq olmayacaq.
Studiya M.Üzerli üçün İstanbulda ev kirayələməli, bu evin pulunu ödəməlidir. Aktrisa həftənin 3 gününü Almaniyada keçirəcək və nəqliyyat xərclərini də studiya ödəyəcək.
Star TV-nin baş direktoru Ömer Özgüner də aktrisa ilə müqavilənin imzalandığını təsdiqləyib.
Milli.Az