Azərbaycan Yazıçılar Birliyi (AYB) kitab çapı və online satışla bağlı yeni layihəyə start verir.
Bu barədə AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib.
Yeni layihədə “AYB Kitab” loqosu altında nəşr ediləcək kitablar ədəbi mühitdə aktiv olan yazarları, eləcə dünya ədəbiyyatını əhatə edəcək.
Layihə ilə bağlı bütün yenilikləri özündə əks etdirən AYBkitab.az saytı isə sentyabr ayının 10-da, saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda təqdim olunacaq.
Qeyd edək ki, layihənin əsas məqsədi müasir Azərbaycan ədəbiyyatını təbliğ etmək, yazıçı və şairlərə mənəvi dəstək verməkdir.
ANS PRESS