Sankt-Peterburqda “Ədəbiyyat tramvayı” aksiyası keçirilib – 40 №-li tramvayın sərnişinlərinə pulsuz oxucu bileti şəklində cildi olan kitablar paylanılıb.
Aksiyanın məqsədi kitaba və mütaliəyə olan marağı artırmaqdır. Təşkilatçılar sərnişinlərə kitablar, ədiblər, dünya ədəbiyyatının ən görkəmli əsərləri, eləcə də kitabxanalar haqqında məlumat veriblər.
“Rosbalt” müxbirinin verdiyi məlumata görə, tramvayda jurnalistlər sərnişinlərdən çox olub. Bəziləri KİV-in aksiyaya belə marağına hətta təəccübləniblər də. Bununla belə, iştirakçılar “Ədəbiyyat tramvayı”nı bəyəndiklərini etiraf ediblər. O da maraqlıdır ki, beş-altı nəfər sərnişin tramvayın qeyri-adiliyini bilən kimi onu tərk edib.
Günümüzdə kitaba həvəs və marağı artıqmaq üçün illər öncə ağlımıza belə gəlməyəcək tədbir və layihələr axtarıb tapsalar da, kompüter və internet dövrünə qədərki kitab şövqünü qaytara bilmirlər?!
publika.az