On
yaşlı Alisa Selex canavarları çağıranda bütün kənd qaçır. İnsanlar
balaca qızcığazın canavarın üzərində oturaraq onu necə sürməsinə tamaşa
etmək istəyirlər.
Rusiyanın Zamerevye kəndində yaşayan Alisa və ailəsi əhliləşdirilmiş
canavarlarla yaşayır. Ailə canavarlardan qorxmayaraq onlarla qucaqlaşır,
öpüşürlər. Qızın atası 2009-cu ildə canavar balalarını gətirdikdən
sonra Alisa vəhşi heyvanlarla dostlaşıb.
Beş il müddətində canavarlar ailəyə isinişərək onların sevimli ev heyvanına çevrilib.
publika.az