“LG Electronics” şirkəti dünyada ilk “21:9” formatlı tərəf nisbətli “kinematiqrafik” əyilmiş kompüter monitoru istehsal edib.
Yeni model sentyabrın əvvəlində Berlində keçiriləcək “IFA 2014” sərgisində təqdim ediləcək.
“34UC97” adlı model “In-Plane Switching” texnologiyası üzərində hazırlanmış 34 düymlük displeyə malikdir.
Monitorun ölçüsü “3440 х 1440” nöqtədir və “16:9” formatında hazırlanıb.
Tərtibatçılar israr edirlər ki, bu cür əyilmiş ekranda orijinal keyfiyyətdə filmlərə baxmaq daha rahatdır.
Qeyd edək ki, bir çox müasir monitor və televizor “16:9” tərəf nisbətinə malikdir.
Məhsulun xüsusiyyətlərinin tam çeşidi göstərilməyib.
Oxu.az